"Bursaspor" qovduğu futbolçunu geri qaytardı

"Bursaspor" qovduğu futbolçunu geri qaytardı

Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" qeyri-adi qərarla diqqət çəkib.

Fanat.Az xəbər verir ki, "timsahlar" bir həftə əvvəl yollarını ayırdığı futbolçu Burak Altıparmakı yenidən komandaya qaytarıb. 

Bu haqda klubun rəsmi saytı bir qədər əvvəl açıqlama verib:

"Futbolçumuz Burak Altıparmak və baş menecerimiz Uyqar Külhaşoğlu ilə keçirdiyi görüşlər nəticəsində qarşılıqlı razılaşma əldə olunub. Bir neçə gün öncə uzaqlaşdırılan Burakın yenidən komandamıza dönməsinə qərar verilib".

Qeyd edək ki, bir həftə əvvəl "Bursaspor" klubu ilə müqaviləsi qarşılıqlı olaraq ləğv edilən 3 futbolçudan biri olan Burak Altıparmakın "Kocaelispor"la qarşılaşdığı bildirilirdi. “Kocaelispor” rəhbərliyinin təcrübəli futbolçu ilə əlaqə saxladığı və tərəflərin böyük ölçüdə razılığa gəldiyi xəbər verilmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər