Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un başı dərddədir.
Fanat.Az xəbər verir ki, "timsahlar"ın futbolçusu İsmayıl Çokçalış sosial şəbəkə hesabından verdiyi açıqlama ilə rəhbərliyi ittiham edib.
Klub gənc futbolçuya əvvəlki aylardan qalan maaşını ödəyib onu komandadan kənarlaşdırsa da, Çokçalış borcla bağlı sənədi imzalamağa məcbur edildiyini bildirib. Bu isə "Bursaspor" rəhbərliyinin hiddətinə səbəb olub. Klub bu barədə rəsmi saytı vasitəsilə açıqlama verib:
"İsmail Çokçalışa keçmiş borcumuz ödənilib və ciddi zədəsinin olmasına baxmayaraq, hətta müqaviləsi yaxşılaşdırılıb və uzadılıb. Bu prosesdə klubumuzun daha vacib ödənişləri olsa da, o, bbizi nəzərə almadı. Göstərdiyimiz və tələb etdiyimiz xoş niyyətdən sui-istifadə etdi və bütün borclarını aldı. Onun qeyd etdiyi “Məndən imtina ilə sənəd imzalamağımı istədilər” açıqlamasına gəlincə, həmin sənəd bu ödənişləri aldığına dair imzalı kağızdır. O, klubumuzun vəkillərinə məhz ödəniş kağızına imza atmayacağını bildirib. Dediyi hadisə baş verən gecə klubumuza heç bir hüquq-mühafizə orqanlarının əməkdaşları gəlməyib.
Futbolçu, nədənsə ona məsləhət verən menecerinin və vəkilinin fitnəsinə uyaraq üç gündən sonra əsassız olaraq, yalan ifadələrlə prokurorluğa şikayət edib, klubumuzu şübhə altına alıb. Artıq “Bursaspor” klubu nə futbolçunu, nə də ailəsini səmimi hesab etmir.
İctimaiyyətlə paylaşdığımız və ödədiyimiz bütün rüsumların qəbzlərinin əlavə edilmiş şəklini ixtiyarınıza buraxırıq. Onu böyüdərək bugünkü yerə gətirən "Bursaspor"a bu cür cılız hərəkətlərlə haqsızlıq edən İsmail Çokçalışı da öz vicdanına buraxırıq. Müqaviləsinə xitam qərarından sonra atdığı bu addım son damla oldu. Futbolçunun meneceri, klub işçiləri və "Bursaspor"un bazasındakı təhlükəsizlik kameraları olanlara şahiddir. "Bursaspor" klubunun prezidenti və digər idarəçilərin onunla heç bir əlaqəsi və ya şifahi dialoqu olmayıb. Bildirmək istərdik ki, klubumuzun prezidentinə böhtan ataraq məhkəməyə verdiyini bildirən İsmail Çokçalışa qarşı 6 dekabr - bazar ertəsi günündən etibarən hər cür hüquqi əməliyyata başlayacağıq".
Mirağa