"Bunlar həkimdilər, yoxsa kloun?" - "Bavariya"nın futbolçusundan sərt reaksiya

"Bunlar həkimdilər, yoxsa kloun?" - "Bavariya"nın futbolçusundan sərt reaksiya
Fransız həkimlər - Jan-Pol Mira və Kamil Loht bir neçə gün əvvəl LCI telekanalının efirində koronavirusdan qorunma vasitəsi kimi BCG vərəm peyvəndinin Afrikada sınaqdan keçirilməsi təklifini irəli sürmüşdülər.
Fanat.Az xəbər verir ki, son olaraq "Bavariya"nın müdafiəçisi David Alaba məsələyə münasibət bildirib. Avstriya millisinin üzvü tvitter hesabında yazıb:
"COVID-19 vaksinini Afrikada yoxlamaq? Bunlar həkimdilər, yoxsa kloun? Belə irqçiliyi ağlıma belə gətirməzdim. Rəzalətdi və qəbuledilməzdi!
Hamımız birlik olmalı və əl-ələ verib bu virusla mübarizə aparmalıyıq".
Qeyd edək ki, Alabanın atası Nigeriyadandı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər