"Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku bu yay Almaniya klubunu tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı LVZ yayıb.
Mənbə 24 yaşlı Nkunkunun hazırda klubuyla yeni müqavilənin detallarını müzakirə etdiyini və sözləşməsinin müddətini uzatmağa yaxın olduğunu açıqlayıb.
Qeyd edək ki, Nkunku son mövsümdə Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib. Cari "futbol ili"ndə "Layptsiq" formasıyla bütün turnirlərdə 50 matça çıxan fransalı oyunçu 35 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Onun xidmətində "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Milan" kimi Avropa nəhəngləri maraqlıdır.
Nihat