Bundesliqada qalmaqal: Ulduz futbolçu rəqibinin üzünə tüpürdü

Bundesliqada qalmaqal: Ulduz futbolçu rəqibinin üzünə tüpürdü
Almaniya Bundesliqasının oyununda qalmaqal baş verib.
Fanat.Az xəbər verir ki, XIII turun "Borussiya" (Münhenqladbax) - "Hoffenhaym" qarşılaşmasının 79-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Markus Türam rəqibi Stefan Poşun üzünə tüpürüb. Baş hakim Frenk Ullenborq hadisəni VAR-da izləyib və Markus Türamı meydandan qovub. 
Oyundan sonra "Borussiya"nın baş məşqçisi Marko Ros olaya görə üzr istəyib. Almaniya Futbol Birliyinin Markus Türama ağır cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, oyun "Hoffenhaym"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər