Bu qış "Real"dan hansı futbolçular gedəcək? - ADLAR

Bu qış "Real"dan hansı futbolçular gedəcək? - ADLAR
Qış transfer pəncərəsində "Real"ın üç futbolçu tərk edə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi İsko, müdafiəçi Alvaro Odriosola və hücumçu Luka Yoviçdir.
İskonun  artıq klub rəhbərliyinə daha çox oynayacağı bir komandaya keçmək istədiyini bildirdiyi vurğulanıb. İspan futbolçu ilə "Yuventus", "Mançester Siti" və "Napoli" maraqlanır. "Real"ın oyunçunu 50 milyon avroya satmağa hazır olduğu qeyd olunub.
Odriosola yenidən "Bavariya"ya icarəyə göndərilə biləcəyi, Luka Yoviçin isə "Ayntraxt"a qayıda biləcəyi iddia olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər