Argentinada bütün futbol turnirləri dayandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb Argentinada koronavirusa yoluxma sayının artmasıdır. 30 maya kimi keçirilməli olan bütün görüşlər təxirə salınıb.
Qeyd edək ki, Argentina millisi 11 iyun-10 iyul tarixləri arasında Amerika Kubokunda iştirak edəcək.
Röya