"Bu, karyeramda adət etdiyim bir şey deyil" - Pakistanlı futbolçu 

"Bu, karyeramda adət etdiyim bir şey deyil" - Pakistanlı futbolçu 

"Sumqayıt"ın pakistanlı legioneri İsa Suliman Premyer Liqanın 3-cü turunda "Qəbələ"ni məğlub etdikləri görüşdən sonra Fanat.Az-a müsahibə verib. - İlk olaraq oyun barədə fikirlərini öyrənək... - Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik. - Formada olmadığını dedin. İstədiyin formada olmağın üçün təxminən neçə tur keçməsi lazımdır? - Bunu zaman göstərəcək. Bunun üçün daha çox oyun keçirməyimiz lazımdır. - Ölkəmizdə ilk qolunu vurdun... - Vurduğum birinci qolla komandamın qələbə qazandığı üçün fəxr edirəm. - Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi xoşlayırsan? - Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil (gülür). - Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən? - Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq. - Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər? - Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 aydır burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin. - Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən? - Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlə var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam. - Azərbaycanla bağlı ilkin təəssüratların necədir? - Mən Sumqayıtda yaşayıram. Paytaxt Bakı da yaxın olduğu üçün gedib-gəlirəm. Fikirlərim çox müsbətdir. - Azərbaycanda pakistanlılara xüsusi münasibət var. Bunu hiss edirsən? - Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər. Müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər