Bu gün Ümumdünya futbol günüdür

Bu gün Ümumdünya futbol günüdür

Bu gün Ümumdünya futbol günüdür.

Fanat.Az xəbər verir ki, bu bayramın Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edildiyi deyilsə də,  futbol günü ilə bağlı BMT-nin təsdiq etdiyi "Beynəlxalq günlər" siyahısında heç bir qətnaməyə istinad yoxdur.

Beləliklə, Ümumdünya Futbol Gününün niyə məhz dekabrın 10-da qeyd olunduğuna aid dəqiq məlumat yoxdur.  Hətta bu gününün ilk dəfə nə vaxt qeyd olunması ilə bağlı da məlumatlar fərqlidir. Mənbələrdə 1988, 1992, 2009-cu illər göstərilir.

Onu da qeyd edək ki, 10 dekabr həm də İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu qərar 1950-ci il dekabrın 4-də BMT Baş Assambleyasının plenar sessiyasında qəbul edilib. Tarix BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin elan edilməsi ilə əlaqədar seçilib. Gördüyünüz kimi, Dünya Futbol Günündən fərqli olaraq, burada hər şey çox aydın və konkretdir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər