"Bu, gerçəkləşən bir yuxudur" - "Viktoriya"nın futbolçusu

"Bu, gerçəkləşən bir yuxudur" - "Viktoriya"nın futbolçusu

"Viktoriya"nın (Plzen) klubunun futbolçusu Pavel Buxa Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan danışıb.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi duyğularını Çexiya mətbuatına bölüşüb:

"Belə çətin rəqibə qarşı bu səviyyədə oynamaq inanılmazdır. Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda qələbəyə layiq idi. Görüşə yaxşı başladıq. Əla çıxış etdik. Azarkeşlər də möhtəşəm idi".

Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərliklə yekunlaşmışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər