"Tottenhem" "Real"ın transfer rtmək istədiyi Kristian Eriksenin qiymətini müəyyənləşdirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi danimarkalı futbolçu üçün "Kral Klubu"ndan 250 milyon avro tələb edib.
Qeyd edək ki, Eriksen 2013-cü ildə "Ayaks"dan "Tottenhem"ə 13.5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 15 oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az