"Yuventus" Yannik Karraskonun transferindən vaz keçib. Fanat.Az xəbər verir ki, buna səbəb belçikalı futbolçuya qoyulan qiymət olub.
Belə ki, Turin klubu transfer üçün "Atletiko"ya müraciət edib. İspanlar isə Karraskonun transfer qiymətinin 110 milyon avro olduğunu bildirib. Bu səbəbdən "Yuventus" transferdən imtina edib.
Qeyd edək ki, "Atletiko" Karraskonu 2015-ci ildə "Monako"dan 17.26 milyon avroya alıb. Hazırda "Transfermarkt" 23 yaşlı forvarda 40 milyon avro qiyiət qoyub.
Fanat.Az