"Mançester Yunayted"in Paul Poqba israrı davam edir. Fanat.az xəbər verir ki, İngiltərə klubu 2012-ci ildə "Yuventus"a pulsuz göndərdiyi fransalı futbolçunu geri qaytarmaq niyyətindədi.
Hətta "Mançester Yunayted" bu transfer üçün İtaliya klubuna astronomik məbləğ təklif edir. İddialara görə, "qırmızı-şeytanlar" Poqba üçün 120 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, "Transfermarkt" 23 yaşlı futbolçuya 70 milyon avro qiymət qoyub.
Fanat.az