Bu futbolçuya 350 milyon avro qiymət qoyuldu

Bu futbolçuya 350 milyon avro qiymət qoyuldu
"Tottenhem”in futbolçusu Hari Keynin transfer qiyməti açıqlanıb. 
Fanat.Az xəbər verir ki, İngiltərə klubu aparıcı futbolçusunu hansı qiymətə sata biləcəyini müəyyənləşdirib.
Londonlular komandanın bombardiri və kapitanına 350 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu yalnız bu məbləğ qarşılığında başqa kluba keçə bilər.
Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı "Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər