Madrid "Atletiko"su hücumçusu Antoine Qrizmannla yeni müqavilə imzalamağa hazırlaşır. Fanat.az xəbər verir ki, məsələnin "AVRO-2016"nın startından öncə rəsmiləşməsi gözlənilir.
İspaniya mətbuatının yaydığı məlumata görə, 53 oyunda 23 qol vurub, 7 də məhsuldar ötürmə ilə yadda qalan fransızın xidmətindən "Barselona", "Mançester Yunayted", "Çelsi" və "Real" kimi klublar maraqlıdı. Buna görə də yeni imzalanacaq müqavilənin şərtlərinə görə Qrizmannı transfer etmək istəyən klub Madrid təmsilçisinə 100 milyon avro ödəməlidi.
Qeyd edək ki, fransız forvard 2 il budan öncə 35 milyon avro qarşılığında "Real Sosyedad"dan transfer olunub.
Fanat.az