Bu futbolçunu 70 milyona satmadılar

Bu futbolçunu 70 milyona satmadılar

"İnter" Andrea Belotti üçün "Torino"ya rəsmi təklif göndərib. Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "TuttoSport" qəzeti məlumat yayıb.

İddia olunur ki, "İnter" Belotti üçün 70 milyon avro, Davide Santon və Andrea Ranoççinanı təklif edib. Lakin "Torino" rəhbərliyi təklifi qəbul etməyib və bu futbolçunu ən azı 100 milyon avroya satacaqlarını bildiriblər.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2016/17 mövsümündə A Seriyasında 35 oyun keçirərək 26 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər