Bu futbolçunu 11 böyük klub istəyir

Bu futbolçunu 11 böyük klub istəyir

"Milan"ın gənc qapıçısı Canluici Donnarumma 11 böyük klubun transfer siyahısındadır. Fanat.Az xəbər verir ki, bu barədə 18 yaşlı futbolçunun meneceri Mino Raiola açıqlama verib.

"Corriere dello Sport"a danışan menecer "Donnarumma qapıçıların Maradonasıdı. Hazırda onunla maraqlanan 11 böyük klub var. Müqaviləsi 2018-ci ilin 30 iyununda başa çatacaq. Mən heç vaxt "Ya indi yeni müqavilə təklif edin, ya heç zaman" deməmişəm. Qərar onlarındı. Onsuz da Marko Fassone və Massimiliano Mirabelli bir ay əvvəl ofisimə qədər gəldi. Donnarummanın "Milan"la yeni müqavilə imzalamaq ehtimalı varmı" desəniz "hə" cavabı verə bilərəm. "Milan"dan ayrılmaq ehtimalı" varmı" desəniz yenə cavabım eyni olacaq" deyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər