Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, hər iki komanda “el klasiko”ya itkilərlə çıxacaq.
“Barselona” müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Osman Dembeledən bu matçda yararlana bilməyəcək. Onların hamısı oyunöncəsi məşqi buraxıblar.
“Real”dan isə yalnız müdafiəçi Ferlan Mendi meydana çıxa bilməyəcək.
“Kamp Nou”da keçiriləcək oyuna saat 23:00-da start veriləcək. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.