Bu futbolçu milli komandamızdan qovuldu

Bu futbolçu milli komandamızdan qovuldu

"Zirə"nin futbolçusu Adil Nağıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb. Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün Adil Nağıyev (“Zirə” FK) baş məşqçinin qərarına əsasən yığmanın toplanışından klubunun düşərgəsinə göndərilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər