Cari mövsümün yekunlarına görə tarixində ilk dəfə Bundeliqaya vəsiqə qazanan “Leypsiq” klubunun baş məşqçisi Ralf Ranqnik zədələnib.
Fanat.az xəbər verir ki, Bundesliqaya yüksəlməyin sevincini yaşayan mütəxəssis Almaniyada ənənəvi olan “pivə duşu”ndan qurtulmaq istəyərkən ayağı sürüşüb və yıxılıb. 57 yaşlı Ranqnikin baldır əzələsi dartılıb.
2009-cu ildə yaradılan “Leypsiq” klubu ilk dəfə Bundesliqada oynayacaq.
Fanat.az