Bu ay da ən zəif futbolçu Mahir oldu

Bu ay da ən zəif futbolçu Mahir oldu

Polşanın "Legiya" klubunun heyətində noyabr ayının ən zəif futbolçusunun adı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli ötən ayın ən zəif oyunçusu seçilib. 

24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb. O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, "Legiya" noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız Ekstraklasanın XVI turunda "Yagelloniya"ya minimal hesabla qalib gəlib - 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər