Braziliya Sağlamlıq Təşkilatının prezidenti argentinalı futbolçuların ölkədən təcili deportasiya olunmasını tələb edir.
Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, qurum koronavirus protokolunu pozan Argentina millisinin İngiltərə Premyer Liqasında çıxış edən üzvlərinin ölkədən çıxmasını istəyir. Ancaq buna baxmayaraq son qərar FİFA tərəfindən veriləcək.
Xatırladaq ki, "Arena Corintians"da keçirilən Braziliya - Argentina matçının ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərədən gələn və qaydalara görə, 14 gün karantində qalmalı olan oyunçuları həbs etmək üçün meydana girib. Beləcə qarışıqlıq yaranıb və oyun yarımçıq dayandırılıb. Görüşün gələcək taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Emin Şəmsiyev