Braziliya millisinə Avropadan 21 futbolçu çağırıldı

Braziliya millisinə Avropadan 21 futbolçu çağırıldı
Braziliya millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Tite Panama və Çexiya ilə keçirəcəkləri yoxlama oyunlarına 23 futbolçu dəvət edib. Bu futbolçulardan cəmi ikisi Braziliya klublarını təmsil edir.
Qapıçılar: Alisson Bekker ("Liverpul”), Ederson Moraeş, ("Mançester Siti”), Ueverton ("Palmeyras”).
Müdafiəçilər: Dani Alveş (PSJ), Aleks Sandro ("Yuventus”), Filipe Luis ("Atletiko”), Danilo ("Mançester Siti”), Miranda ("İnter”), Markinyos, Tiaqo Silva (hər ikisi PSJ), Eder Militao ("Portu”).
Yarımmüdafiəçilər: Allan ("Napoli”), Artur Melo, Filippe Koutinyo (hər ikisi "Barselona”), Kasemiro ("Real”), Fabinyo ("Liverpul”), Lukas Paketa ("Milan”), Felipe Anderson ("Vest Hem”).
Hücumçular: Roberto Firmino ("Liverpul”), Riçarilson ("Everton”), Qabriel Jesus ("Mançester Siti”), Junior Vinisius ("Real”), Everton ("Qremio”).
Qeyd edək ki, Braziliya millisi martın 23-də Panama, 26-da isə Çexiya ilə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər