"Brayton"un və Argentina millisinin futbolçusu Aleksis Mak Allister 4 İngiltərə nəhənginin diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, məlumat "CBS Sports"un əməkdaşı Ben Ceykobsa məxsusdur.
Xəbərə görə, "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" və "Liverpul" onu heyətinə qatmaqda maraqlıdır. Mənbə ölkəsinin yığması ilə son DÇ-nin qalibi olan Mak Allisterə görə "Brayton" bosslarının azı 60 milyon avro tələb edəcəklərini vurğulayıb.
Qeyd edək ki, cənubi amerikalının klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat