"Borussiya"nın futbolçusu Türkiyə klubuna keçə bilər

"Borussiya"nın futbolçusu Türkiyə klubuna keçə bilər

Dortmund "Borussiya"sının müdafiəçisi Tomas Mönye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.

Xəbərə görə, 32 yaşlı oyunçunun xidmətində "Trabzonspor" maraqlıdır. 

Cari mövsüm "arılar"ın forması ilə bütün turnirlərdə 9 matça çıxan Mönye məhsuldar göstəricilərlə yadda qalmayıb. Ümumilikdə 648 dəqiqə meydanda olan belçikalının Almaniya nəhəngi ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər