“Bordo”dan ayrılan futbolçu Super Liqa klubunda

“Bordo”dan ayrılan futbolçu Super Liqa klubunda

“Ankaragücü” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Fransanın “Bordo” komandasında forma geyinmiş müdafiəçi Enok Kvatenqi heyətinə qatıb.

25 yaşlı sağ cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Nant” yetirməsi olan Kvatenq 2019-cu ildən “Bordo”da forma geyinirdi. O, bu komandada 62 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər