Sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcək Bolqarıstan yığmasına iki yeni futbolçu cəlb olunub. Fanat.az хəbər verir ki, baş məşqçi İvaylo Petev "Ludoqorets"dən müdafiəçi Yordan Minev və yarımmüdafiəçi Svetoslav Dyakovu düşərgəyə cəlb edib.
Adıçəkilən futbolçular sarı vərəqə limitini doldurduğundan oktyabrın 10-da Xorvatiyaya qarşı oynaya bilməyib. Baş məşqçi isə onların məşqlərə ara verməməsi üçün "Ludoqorets" düşərgəsinə yollanmasını istəmişdi. İndi isə yenidən geri qaytarıb.
Fanat.az