Bölgə klubu 4 futbolçusunu göndərdi

Bölgə klubu 4 futbolçusunu göndərdi

I divizion təmsilçisi "Ağsu" II dövrənin hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, bölgə klubu fasilə dövründə 4 futbolçusu ilə yollarını ayırıb.

Belə ki, qapıçı Ruzi Qiyaslı, yarımmüdafiəçilər Seyid İsgəndərov, Rəsul Teymurxanlı və Natiq Kərimi komandanı tərk edib.

Qeyd edək ki, "Neftçi"dən icarəyə götürülən Ruzi Qiyaslının "Qaradağ Lökbatan"a keçəcəyi gözlənilirdi. Lakin "Neftçi" yetirməsini heyətində saxlamaq qərarına gəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər