Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"
FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Blatter İnfantinonun meqalomaniyadan əziyyət çəkdiyini bildirib:
"İnfantino özünün prezidentliyə gedən yolunu təmizləmək niyyətində idi. Bu, bəlli məsələ idi. O, futbolu böyük "pul maşını"na çevirmək niyyətindədi. İnfantino hər şeyin daha da böyük olmasını istəyir. Dünya çempionatında komandaların sayı 48-ə çatdırıldı, üç dəfə çox pul qazanmaq istədiyi üçün "Goal" layihəsi ilə bağlı rebrendinq edildi, 24 klubun qatılacağı Klublararası dünya çempionatı ideyası ortaya çıxdı, qadınların dünya çempionatındakı komandaların sayı 24-dən 32-yə qaldırıldı... Baş verənləri "həzm etmək" mümkünsüzdü.
İnfantino özü özü ilə oynayır. O, meqalomaniyadan əziyyət çəkən birinə çevrilib. Artıq federasiya prezidentləri ilə görüşməyi təkəbbürünə sığışdırmır. İnfantino ancaq dövlət başçıları ilə görüşür".
Qeyd edək ki, Blatter 1998-2015-ci illər aralığında FIFA-ya rəhbərlik edib. 84 yaşlı funksioner rüşvət qalmaqalı səbəbindən postundan ayrılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər