"Milan”ın hücumçusu Nikola Kaliniç karyerasını Madrid "Atletiko”sunda sürdürəcək.
Fanat.Az İspaniya klubunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 30 yaşlı forvard madridlilərlə 3 illik müqavilə imzalayıb. İtaliya təmsilçisi xorvat hücumçunun satışından 14,5 milyon avro qazanıb.
Qeyd edək ki, DÇ-2018-in gümüş medalını boynundan asan Kaliniç Rusiyadakı turnirdə meydana çıxmayıb.
Fanat.Az