Bir klub 34 futbolçusunu qovacaq - ŞOK QƏRAR

Bir klub 34 futbolçusunu qovacaq - ŞOK QƏRAR
"Trabzonspor" klubu heyətində radikal islahatlara başlayır. Fanat xəbər verir ki, Qara dəniz klubu futbolçularının təxminən 60 faizi göndərmək niyyətindədi.
Belə ki, "Trabzonspor"un heyətində hazırda 57 futbolçu var. Klub rəhbərliyi onlardan 34-ü ilə yollarını ayıraraq, 23 nəfəri saxlamaq istəyir. 
Qeyd edək ki, UEFA "Trabzonspor"a xəbərdarlıq edib. "Maliyyə Fair-Play" qaydalarını pozan klub 2016/17 mövsümündə təxminən 60 milyon lirəlik (30 milyon manat) kəsiri qapatmalıdı. Bu səbəbdən də rəhbərlik heyətdə radikal islahatlar planlaşdırır. Rəhbərlik əsasən əcnəbi futbolçuları sataraq həm heyəti qısaltmaq, həm də büdcəni doldurmaq istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər