Bir futbol klubunu məhv edən təyyarə qəzasının səbəbi

Bir futbol klubunu məhv edən təyyarə qəzasının səbəbi

Braziliyanın “Şapekoense” futbol klubunu daşıyan təyyarənin yanacağı qurtarıb. 

Bu barədə Kolumbiya Mülki Aviasiya İdarəsinin ilkin araşdırmasında bildirilir.

Məlumata görə, istintaq təyyarənin “qara qutuları” və digər dəlillərə əsaslanaraq bu nəticəyə gəlib.

Noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində “Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb.(APA)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər