Bıçaqlı hücuma məruz qalan futbolçunun durumu açıqlandı

Bıçaqlı hücuma məruz qalan futbolçunun durumu açıqlandı

İtaliyanın "Montsa" klubunun "Arsenal"dan icarəyə götürdüyü Pablo Mari bıçaqlanıb.

Fanat.Az-ın məlumatına görə, hadisə ötən gün Milanın Assaqo rayonunda baş verib. 

Hipermarketdə əqli qüsürlu şəxs bıçaqla insanlara hücum edib. Nəticədə ispaniyalı müdafiəçi də daxil olmaqla 5 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb. 

Xəstəxanaya yerləşdirilən 29 yaşlı futbolçu əməliyyat olunub. Məlumatı A Seriyası klubunun mətbuat xidməti yayıb. Onun iki ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Qeyd edək ki, Mari "Montsa"nın heyətində 8 matç keçirib və 1 qol vurub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər