"Bəzi futbolçular məni əvvəlkitək Bembi adlandırırlar" - Camal Musiala

"Bəzi futbolçular məni əvvəlkitək Bembi adlandırırlar" - Camal Musiala

Almaniya millisinin və "Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala öz ləqəbi barədə danışıb.

Fanat.Az xəbər verir ki, o, Avropa çempionatı ərəfəsində qatıldığı mətbuat konfransına belə deyib:

"Bəzi futbolçular məni əvvəlkitək Bembi adlandırırlar. Bundan narahat deyiləm, əla ləqəbdir. Amma düşünürəm ki, indi ləqəbimdən daha böyüyəm. Bir qədər inkişaf etmişəm, çəkim də artıb. Hədəfim ildən-ilə mükəmməlləşməkdir".

Qeyd edək ki, Almaniyanın 10 şəhərində keçiriləcək AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq. A qrupunda yer alan "bundestim" Macarıstan, Şotlandiya və İsveçrə ilə mübarizə aparacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər