Ötən ilin noyabrında koronavirusa yoluxan və bir müddət sonra komaya düşən Qəhrəman Əliyevin sağluq durumu ağır-sabit olaraq qalmaqdadır.
Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, həkimlər onun nə vaxt ayılacağını proqnozlaşdırmağa çətinlik çəkirlər. Çünki xəstənin vəziyyəti tez-tez dəyişir, bəzən ağırlaşır.
Səhhətində başqa problemlərin də olması beyin insultu keçirmiş Əliyevin reablitasiya prosesini ləngidir. Hər gün 2 dəfə fizioterapiya olunan pasiyentin bədəni hələik buna ciddi reaksiya vermir.
Fanat.Az