Benzema Fransa futbolunun tarixinə düşdü

Benzema Fransa futbolunun tarixinə düşdü

"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa futbol tarixinin ən yaxşı bombardiri ünvanına sahib çıxıb.

Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli forvard bu uğura İspaniya çempionatının "Malyorka" ilə oyununda (3:0) dubl edərək imza atıb. 

Kərim vurduğu qolların sayını 413-ə çatdıraraq 411 dəfə rəqib qapılarına yol tapmış ulduz veteranı - Tyerri Anrini geridə qoyub. 

2009-cu ildən "Real"da top qovan  Benzema daha öncə "Olimpik Lion"un (2004-2009) şərəfini qoruyub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər