Bədbəxt hadisə: Futbolçunun cəsədi əlləri bağlı halda tapıldı

Bədbəxt hadisə: Futbolçunun cəsədi əlləri bağlı halda tapıldı

Yunanıstanın "Apollon Pontu" klubunun futbolçusu  Nikolaos Tsumanis bir neçə gün itkin düşüb.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, oktyabr 3-ü tarixində onun ailəsi futbolçusunun itməsi ilə bağlı yerli polisə məlumat verib. 

Bu səhər isə 31 yaşlı yunan futbolçunun avtomobilində meyiti aşkarlanıb. Polisin dediyinə görə, Tsumanisin cəsədi avtomobilinin içərisində əlləri bağlı halda tapılıb.Hadisənin qətl olduğuna dair şübhələr var. Faktla bağlı Yunanıstan polisi araşdırma aparır.

Qeyd edək ki, Nikolaos Tsumanis Yunanıstan Super Liqasında müxtəlif komandaların heyətində 70 oyun keçirib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər