"Bayern"in oynadığı futbol yox, başqa şeydir" - Antonio Kassano

"Bayern"in oynadığı futbol yox, başqa şeydir" - Antonio Kassano

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Çempionlar Liqasının qrup mərhləsinin 1-ci turu çərçivəsində baş tutan "İnter" - "Bayern Münhen" (0:2) matçını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə yazıb:

"İnter"in futbolçuları və məşqçiləri barədə çox tənqidlər eşitdim. Ancaq Almaniya təmsilçisi onlardan daha güclüdür. "Bayern"in oynadığı faktiki olaraq futbol yox, başqa şeydir. Hə, "İnter"in problemləri var, yaxşı oynamadıqları həqiqətdir. Ancaq "Bayern" dünyanın 3 ən güclü komandasından biridir. Milan klubunu ifrat dərəcədə tənqid edə bilmərəm. Rəqib çox güclü idi".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər