“Bayern”in futbolçusu məşqdə zədələnib

“Bayern”in futbolçusu məşqdə zədələnib

“Bayern”in müdafiəçisi Matteys de Liqt sıradan çıxıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubun Portuqaliyadakı məşq toplanışı zamanı zədələnib.

24 yaşlı oyunçunun diz oynağının bağları zədələnib. İndi futbolçu məşqə fasilə vermək məcburiyyətində qalıb.

De Liqt 2022-ci ilin iyulundan Münhen klubunda çıxış edir. O, bu mövsüm komandanın heyətində 10 oyun keçirib və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər