"Bayern"in futbolçusu İspaniya nəhənginə keçməyə yaxındır

"Bayern"in futbolçusu İspaniya nəhənginə keçməyə yaxındır

"Bayern Münhen"in müdafiəçisi Nussayr Mazraui yay transfer pəncərəsində Almaniyanı İspaniyaya dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən insayder Kristian Falk yayıb.

Xəbərə görə, 25 yaşlı Mazrauinin xidmətində "Barselona" maraqlıdır. Mənbə hələ "Ayaks"da oynadığı dönəmdə bu futbolçunu istəyən Kataloniya təmsilçisinin ona "Bayern"də aldığından daha yüksək maaş ödəməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən yay Amsterdam təmsilçisindən ayrılaraq Almaniya nəhənginə qoşulan Nussayrın klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər