"Bayern" üçün yalnız bir satılmayan futbolçu var - Klub funksioneri açıqladı

"Bayern" üçün yalnız bir satılmayan futbolçu var - Klub funksioneri açıqladı

"Bayern Münhen" növbəti mövsümlə bağlı planlar qurur. 

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi qətiliklə satmayacağı bir oyunçuyla bağlı qərarını açıqlayıb. 

Bu barədə klubun idman direktoru Maks Eberl "Sky Sport Germany"-a danışıb. 

“Camal Musiala satılmır. O, klubun yeni siması olmalıdır. Onun oyunu çoxlu müsbət emosiyalar gətirir. Biz onun gələcəkdə liderimiz olmasını istəyirik”. 

Camal 2019-cu ildən Münhen nəhənglərinin rənglərini qoruyur. 2023/2024 mövsümündə o, "Bayern"in heyətində 32 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 110 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər