Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün son sınaq matçına çıxıb. Fanat.az хəbər verir ki, baş məşqçi Yunis Hüseynov yenə yetirmələrini türklərlə oyunda sınayıb.
Belə ki, "Xəzər Lənkəran"ın rəqibi III liqa təmsilçisi "Derincespor" olub. Kapadokiyada baş tutan oyunda təmsilçimiz qələbə qazanıb - 2:1. "Xəzər Lənkəran"ın hər iki qolunu baxışda olan Limam Seydi vurub. "Ağ-yaşıllar" bununla hazırlıqlarını yekunlaşdırıb və sabah vətənə dönəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl Türkiyədə "Niğdespor"u (1:0) və "Antalya Kunduspor"u (8:1) yeniö, "Kayserispor"la heç-heçə oynayıb (1:1) və "Kasımpaşa"ya uduzub (0:2).
Yoxlama oyunu
24 iyul
Xəzər Lənkəran (Azərbaycan) - Derincespor (Türkiyə) 1:2
Qollar: Limam Seydi, 19; 62.
Xəzər Lənkəran: Tərlan Qasımzadə, Rasim Ramaldanov, Manuel Skarlatake, Tural Cəlilov, Mahsun Qəmbərli, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Elnur Cəfərov, Vüqar Nadirov, Limam Seydi.
Fanat.az