"Bavariya"nın futbolçusunu həbs gözləyir

"Bavariya"nın futbolçusunu həbs gözləyir

Almaniya "Bavariya"sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, fransalı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər