"Bavariya"nın futbolçusu rəsmən "Barsa"da

"Bavariya"nın futbolçusu rəsmən "Barsa"da

"Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal "Barselona”ya keçir. 

 

Fanat.Az xəbər verir ki, bu haqda Kataloniya klubunun saytı məlumat yayıb. 

 

Tərəflər 31 yaşlı çililinin keçidiylə bağlı razılığa gəlib və futbolçu tibbi baxışdan keçəndən sonra "Barsa” ilə 3 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Vidal "Bavariya”ya 2015-ci ildə "Yuventus”dan gəlib. Münhen təmsilçisində top qovduğu dönəmdə 3 dəfə Bundesliqanın çempionu olan cənubi amerikalı 2 dəfə Almaniya Kubokunu, 2 dəfə Superkubokunu başı üzərinə qaldırıb. "Bavariya” formasıyla 132 oyun keçirən Vidal bu komanda üçün 22 qol vurub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər