"Bavariya"nın futbolçusu "Mançester Yunayted"in "radar"ında

"Bavariya"nın futbolçusu "Mançester Yunayted"in "radar"ında
"Bavariya"nın yarımmüdafiəçisi Korenten Tolisso karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Tolissonun xidmətində maraqlıdı. Fransız oyunçu özü də keçidin əleyhinə deyil.
25 yaşlı futbolçu böyük ehtimalla mövsümün sonunda "Bavariya"nı tərk edəcək. Münhen klubu "Mançester Siti"nin vingeri Leroy Sanenin transfer xərclərini qarşılamaq Tolisso ilə yolları ayırmağı planlaşdırır.
Tolisso aprel ayında ayaq biləyindən əməliyyat olunmuşdu. Onun may ayının sonlarında məşqlərə qoşulacağı bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər