“Bavariya”nın futbolçusu ölkəsində ən yaxşı seçildi

“Bavariya”nın futbolçusu ölkəsində ən yaxşı seçildi
Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, bu ada Almaniyanın "Bavariya” klubunun müdafiəçisi David Alaba layiq görülüb.
 
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bununla da Alaba 7-ci dəfə ölkəsinin ən yaxşısı seçilib. O, 2011-2016-cı illər aralığında 6 dəfə mükafata sahib çıxıb. Ulduz futbolçu səsvermə zamanı Marsel Sabitzer ("Leypsiq”) və Dominik Soboslayı ("Zalsburq”) qabaqlayıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər