"Bavariya" karantin qaydalarını pozan futbolçusunu cərimələdi

"Bavariya" karantin qaydalarını pozan futbolçusunu cərimələdi
"Bavariya" Jerom Boatenqi cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Boatenq icazəsiz şəkildə karantin qaydalarını pozduğuna və avtomobili ilə Münhen yaxınlığında qəza törətdiyinə görə cərimələnib. Cərimənin məbləği açıqlanmasa da, onun koronavirusla mübarizə aparan Münhen xəstəxanalarına bağışlanacağı bildirilib.
Boatenq qərardan narazı qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər