"Bavariya" futbolçusuna müştəri tapa bilmir

"Bavariya" futbolçusuna müştəri tapa bilmir
"Bavariya"nın müdafiəçisi Jerom Boatenq komandanı tərk edə bilər.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, "Bavariya" bu yay Boatenqi satmaq istəyir. Lakin hələlik Münhen klubu 31 yaşlı futbolçuya görə təklif almayıb.
Boatenqin müqavilə müddətinin sonuna kimi "Bavariya"da qalmaq niyyətində olduğu bildirilir. Onun sözləşməsi 2021-ci ilin yayında başa çatacaq.
Boatenq 2011-ci ildən "Bavariya"da çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər