Baş məşqçi futbolçusundan üzr istədi

Baş məşqçi futbolçusundan üzr istədi

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsində Polşanın “Leqiya” klubu ilə oyundan (8:4) sonra maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, o, müdafiəçilərinin səhvi sayəsində 4 qol buraxan komandanın qapıçısı Roman Vaydenfellerdən üzr istəyib:

“Müdafiəçilərin səhvinə görə Romandan üzr istəyirəm. Onun çempionat oyununda daha yaxşı çıxış edəcəyinə inanıram” – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, komandanın əsas qapıçısı Roman Bürki zədəli olduğu üçün “Leqiya” ilə oyunda qapını 36 yaşlı Roman Vaydenfeller qoruyub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər