Azәrbaycan futbolunda biabırçılıq: 9 nəfər, 9 qol

Azәrbaycan futbolunda biabırçılıq: 9 nəfər, 9 qol
Azәrbaycanın I divizionunda daha bir biabırçı hadisә baş verib.
Fanat.az qafqazinfo-ya istinadən xәbәr verir ki, çempionatın son turunda MOİK-lә qarşılaşan “Şahdağ” klubu meydana 9 futbolçu ilә çıxıb.
Maliyyә problemlәri içindә boğulan klub rәhbәrliyi meydana çıxarmağa 11 futbolçu tapa bilmәyib. Matç isә MOİK-in 9:1 hesablı qәlәbәsi ilә yekunlaşıb.
Qeyd edək ki, uzun müddətdi maaş ala bilməyən "Şahdağ"ın futbolçuları XXV turun "Şərurspor"la matçına çıxmamışdı. Bu səbəbdən AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət vermiş və 500 manat cərimə etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər